15.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Avropadakı Azərbaycan diasporundan ermənilərin mina terroruna ETİRAZ

14 apr 2025 11:00
GÜNDƏM
ads

Aprelin 6-da və 7-də Ağdam, Cəbrayıl rayonlarında mina partlayışlarının baş verməsinə, nəticədə bir hərbçimizin həlak olmasına, dörd mülki şəxsin, o cümlədən azyaşlı uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri almasına Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu da biganə qalmayıb.

Bu barədə Qutb.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Bildirilir ki, onlar BMT-nin Mina Əleyhinə Xidmətinə (UNMAS) və İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR), Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinə (EEAS) və ABŞ-dəki nümayəndəliyinə (EEAS Delegation to USA), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (ODIHR), Beynəlxalq Mina Əleyhinə Kampaniyaya (ICBL), “Human Rights Watch”un Avropa üzrə təmsilçisinə, “Amnesty International”ın Almaniya bölməsinə, “BBC News” (Böyük Britaniya), “Deutsche Welle” (Almaniya), “France 24” (Fransa), “Al Jazeera English” (Qətər), “The Guardian” (Böyük Britaniya) kimi media subyektlərinə etiraz məktubları ünvanlayıb.

Etiraz məktublarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin hələ də aradan qalxmadığı və günahsız insanların həyatının hər an təhdid altında olduğu xüsusilə vurğulanıb. Ermənistan tərəfindən basdırılan və bu gün də faciəyə səbəb olan minaların xəritələrinin verilməməsi hiddətlə pislənib.

2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri mina partlayışları nəticəsində 392 nəfərin həlak olduğu və ya xəsarət aldığı bildirilib.

Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınmasının və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsinin aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qaldığı xatırladılıb. 

Diaspor nümayəndələri beynəlxalq ictimaiyyəti Ermənistanın davam edən hərbi təxribatlarına və mina terroruna göz yummamağa, bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə qətiyyətli addımlar atmağa çağırıb.

Mina terroruna etirazlarda “Praqa Azərbaycan Mədəniyyət Evi”, “Macarıstan Azərbaycan Evi”, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”, “Bremen Azərbaycan Mədəniyyət Evi, “Avropa Azərbaycan Mərkəzi”, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi, “Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası”, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Niderland - Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Fransa Azərbaycanlılarının Koordinasiya Şurası, “MADANİ-Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platforması, İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyası, "Xarı-Bülbül" Dünya Azərbaycanlıları Mədəni Dərnəyi, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti xüsusi aktiv fəaliyyət nümayiş etdirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur