Ucarda 2 ağırtonajı yük avtomobili toqquşub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Gəncə istiqamətində hərəkətdə olan 2 yük avtomobilinin toqquşması nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti ağır olduğundan hələlik şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Qəza nəticəsində magistral yolda hərəkət qismən məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.
Milli.Az