Polis İstanbulun Kocaeli vilayətinin Gebze rayonunda “Procter & Gamble” şirkətinin 7 əməkdaşını girov götürən şəxsi zərərsizləşdirib.
Publika.az xəbər verir ki, bu barədə Kocaeli vilayətinin qubernatoru Seddar Yavuz məlumat verib.
"Fabrikdə insanları girov götürən şəxs zərərsizləşdirilib. Bütün girovlar azad edilib", - deyə Seddar Yavuz bildirib.
Qubernator əlavə edib ki, cinayətkarda silah və partlayıcı kəmər olub.
Qeyd edək ki, dünən günorta Türkiyədə sənaye müəssisəsində fövqəladə hadisə baş verib. İstanbul yaxınlığındakı Kocaeli vilayətinin Gebze rayonundakı fabrikdə girov götürülüb. Silahlı şəxs müəssisəyə basqın edərək işçiləri əsir götürüb. Versiyalardan birinə görə, bu yolla şübhəli Qəzza zolağında baş verənlərə etiraz etməyə cəhd edib.
xxx
17:50
Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda “P&G” fabrikinin əsas binasına silahlı basqın edilib.
Publika.az xəbər verir ki, məlumatı İHA yayıb.
Silahlı şəxsin fabrikdəki insanları girov saxladığı bildirilib.
Əraziyə çoxlu sayda polis cəlb olunub.
Hadisənin detalları məlum deyil.