Azərbaycan Berlində Qarabağla bağlı hazırlanan təxribatın qarşısını alıb.
Publika.az xəbər verir ki, Almaniyanın Kiel Universitetinin nəşriyyatında hazırlanan “artsaxın mədəni irsi: erməni tarixi və Dağlıq Qarabağda onun izləri” adlı kitabın təqdimat mərasimi ləğv edilib.
Martın 6-na planlaşdırılan təqdimat mərasimindən bir gün öncə Almaniya Xarici Əlaqələr Şurası (DGAP) və Konrad Adenauer Fondu (KAS) “kitab təqdimatının ləğvi ilə bağlı kütləvi kampaniyanı” əsas gətirərək, təqdimatı ləğv edib. Lakin bu kampaniyanın kimlər tərəfindən keçirildiyi qeyd olunmur.
Qondarma kitabın redaktorları Harutyun Hrutyunyan, Andreas Müller, Daqmar Heller və Martin Tamke bəyanat yayaraq, tədbirin Azərbaycaan səfirliyi və Azərbaycan QHT-lərinin kampaniyası əsasında ləğv edildiyini bildiriblər.
Asif