Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov "Qarabağ"ın qolkiperi Andrey Lunyev barədə danışıb.
Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis onun Ağdam klubuna keçməklə düzgün seçim etdiyini qeyd edib:
"Təəssüf ki, Andrey Lunyevi iş başında görə bilmədik. Böyük ehtimalla o, Paraqvayla matçda millinin qapısını qoruyacaqdı. Lunyevlə Almaniyada tanış olmuşdum.
Biz o vaxt Leverkuzendə oynayırdıq, otelə gəldi, uzun müddət söhbət etdik. “Qarabağ”a keçməklə düzgün addım atdı. O, stabil olaraq avrokuboklarda oynayan, özünü sübut edə biləcəyi yaxşı komandaya keçdi".
Qeyd edək ki, Rusiya - Paraqvay oyunu “Crocus City Hall”da baş verən terror aktına görə ləğv edilib.
Heybət