Ermənistanda meşəyə mövsümi göyərti yığmağa gedən Lusadzor kəndindən olan 33 yaşlı kişi ayının qurbanı olub.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Voskan Sarkisyan öz "Facebook" səhifəsində yazıb.
“Aprelin 6-da Tavuş rayonunun Lusadzor kəndində kənd sakini, 1990-cı il təvəllüdlü kişi dəfn edilib. Aprelin 4-də o, həmkəndliləri ilə birlikdə Açarkut kəndindəki meşəyə mövsümi göyərti yığmağa gedib. Meşədə ayrılıblar və axşam kişi meşədə görüş üçün təyin olunmuş yerə gəlməyib. Onun meyitini həmkəndliləri aşkar ediblər. Yerli sakinlər deyirlər ki, meşənin bu hissəsində ana ayı və balaları yaşayır. Ölən şəxs iki azyaşlı uşaq atası olub”, - deyə jurnalist yazıb.