Qarabağdan Ermənistana qaçan separatçıların İrəvanda hələ də fəaliyyət göstərən qondarma “nümayəndəliyinə” polis tərəfindən hücum edilib.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr yazır ki, qondarma “nümayəndəliyin” binasında qarşıdurma yaşanır.
“Hazırda polisin xüsusi təyinatlı qüvvələri qapıları sındırırlar”, - nəşr qeyd edir.
Qeyd edək ki, bir müddət öncə Ermənistan polisi separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanın avtomobilini müsadirə etməyə çalışıb.
Asif