Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyinat olub.
Bu barədə Publika.az-a ANAMA-dan məlumat verilib.
Qeyd edilib ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanovun müvafiq əmri ilə Rauf Hüseynov bu vəzifəyə təyin olunub.
Rauf Hüseynov 1982-ci ildə anadan olub. Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri, 2023-cü ilin aprel ayından son təyinatadək “AzərTürkBank” ASC-də İdarə Heyəti sədrinin müşaviri olub.
R.Hüseynov Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin məzunudur.