29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Fransanın “silah baronları” Ermənistanda: İrəvanda imzalanan sazişin gizlinləri

23 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

“Fransa Ermənistanı qısa, orta və uzunmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək”.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.

Fransalı nazir qeyd edib ki, Ermənistana lazım olarsa, onu bu silahlarla təchiz edə bilərlər.

“Fransanın Ermənistana silah tədarükünün çeşidi İrəvanın ehtiyaclarından asılı olacaq” deyən Lekornu əlavə edib ki, “heç kim Ermənistanla müdafiə sahəsində əməkdaşlıq etdiyi üçün Fransanı tənqid edə bilməz”.

Ermənistan və Fransanın müdafiə nazirləri hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Razılaşmaya əsasən, erməni hərbçilərə Fransa ordusu tərəfindən təlimlər keçiriləcək. Eyni zamanda, Fransa Ermənistanın hava hücumundan müdafiə qüvvələrini inkişaf etdirmək üçün müşavirlər göndərəcək.

Sebastyan Lekornunun səfəri çərçivəsində Fransanın hərbi şirkətləri ilə Ermənistan arasında sazişlər də imzalanıb. Burada əsas diqqətçəkən məqam sazişi imzalayan Fransa şirkətinin nümayəndəsinin adının açıqlanmamasıdır. İstisna deyil ki, adı gizlədilən şirkət Ermənistana hücum silahları verdiyi üçün məsələ ictimaiyyətləşdirilmir.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur