Türkiyənin Mersin şəhərində qadın sürücü polisə çətin anlar yaşadıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, qadın sürücü yol polisinin alkotesterdən keçmək istəyini rədd edib.
Daha sonra yol polislərini hədələyən qadın sürücülük vəsiqəsini verməkdən də imtina edib.
"Mənim sürücülük vəsiqəmi almağa nəinki sənin, sülalənin də gücü çatmaz. Sənin maaşını verən mənəm",-kimi ifadələr işlədən sürücüyə 11 min 645 TL (təxmini 750 manat) cərimə tətbiq edilib.
Milli.Az