Bakıda dələduzluqda təqsirləndirilən şəxs həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Asif Əliyev barəsindəki cinayət işi üzrə yanvarın 19-da həbs edilib.
Belə ki, bir müddət əvvəl Bahar adlı qadın Asifin onun oğlunu BP şirkətində işə düzəldəcəyini söz verərək 8 min manat aldığını bildirib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb. İstintaqın gedişində aldığı pulun 2 min manatını qaytaran şəxs yerdə qalan vəsaiti ödəməyib. Sabunçu rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmü ilə Asif Əliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə zalındaca həbs edilib.
Turqut Seyidov