Xalq artisti Mələkxanım Əyyubovanın bloqer qızı Nəzrin Nəcəfova doğum gününü qeyd edib.
Publika.az xəbər verir ki, nişanlısı, müğənni Mərdan Kazımov onu sosial şəbəkə hesabında paylaşaraq romantik təbrik yazıb:
“Doğum günün mübarək olsun, Sevgilim. Üzündən gülüş, həyatından xoşbəxtlik əksik olmasın. Səma nə qədər mavidirsə, mənim sənə olan sevgim ondan daha çoxdur! Yaxşı ki, varsan! Səni çox sevirəm”
Qeyd edək ki, Nəzrin müğənni Mərdan Kazımovla ötən ilin oktyabrında nişanlanıb.