Türkiyəli aktyor Ufuk Bayraktarın sahibi olduğu kafeyə hücum edilib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə İstanbulun Cihangir səmtində baş verib. Kimliyi bəlli olmayan şəxs kafeyə girərək müştərilərdən birinə 5-6 dəfə atəş açıb.
Hücum zamanı həmin müştəri ilə yanaşı kafedəki başqa iki nəfər də xəsarət alıb.
Atəş açan cinayətkar hadisə yerindən tez qaçmağa müvəffəq olub. Kafeyə polis və təcili yardım çağırılıb.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Milli.Az