Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur.
Publika.az xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək.
Bu gün saat 18:00-21:00 aralıqlarında isə yenidən zəif səviyyəli qasırğa müşahidə olunacaq. 21:00-da maqnit qasırğasının paytaxtımıza təsiri şiddətlənərək orta geomaqnit qasırğasına çevriləcək.
Mayın 4-ü istisna olmaqla qarşıdakı günlərdə zəif səviyyəli qasırğa müşahidə ediləcək.
Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir. (BAKU.WS)