Gəncə Ağır Cinayətlər Məhkəməsində sürücülük hüququ olmadan idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü İzzət Həsənovun məhkəməsi başa çatıb.
Qütb.az- ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə sürücü 4 il müddətə sürücülük hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilib və E.Həsənov məhkəmə iclası zalında həbs olunub.
Məhkəmə prosesi zamanı məlum olub ki, E.Həsənovun Gəncənin Atabəylər küçəsində maşınla vurub öldürdüyü Rəşad Namazov nişanlı olub. Mərhumun anası bildirib ki, oğlunun toyuna hazırlaşırmış:
“Təxminən saat 10 radələrində qaynım bizə gəldi və ərimin öldüyünü dedi, birgə xəstəxanaya getdik. Amma orada məlum oldu ki, rəim deyil oğlum qəzada ölüb. Hadisədən 3 ay müddətdən artıq vaxt keçdikdən sonra evimə gələrək İzzəti bağışlamamı və mənə köməklik etmək istədiklərini dedilər. Amma bununla razılaşmadım. Təqsiləndirilən şəxsə qanunda nəzərdə tutulmuş ən ağır cəza verilməsini xahiş edirəm”.
Bildirilib ki, İzzət Həsənovun cəzasında şikayətçi tərəfin ifadəsi əsas rol oynayıb. Qeyd edək ki, ağır qəza törədən şəxs qazidir və bir neçə medalı var.