Ukrayna əvvəlcədən planlaşdırılandan az F-16 qırıcısı alacaq.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Bildirilib ki, qırıcı təyyarələrin göndərilməsi gecikmələr, ehtiyat hissələri ilə bağlı suallar və ukraynalı pilotlarla əcnəbi təlimatçılar arasında dil baryerinə görə çətinləşib.
“Həmçinin, ölkənin kifayət qədər uçuş-enmə zolağının olmaması, eləcə də Rusiya ilə münasibətlər narahatlıq yaradır. Bir mənbəyə görə, Ukrayna planlaşdırılan 300 təyyarədən 15-24-nü, başqa bir mənbə isə Kiyevin bu yay 6, ilin sonuna qədər isə 20 F-16 ala biləcəyini deyib”, - “Bloomberg” qeyd edib.