11.03.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Şimali Koreyanın şok peyk görüntüləri yayıldı

04 mar 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Cənubi Koreyanın 1 dekabr 2023-cü ildə kosmosa göndərdiyi ilk hərbi casus peykindən Şimali Koreyadakı bölgələrin görüntüləri paylaşılıb.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyadakı hərbi mənbələrə əsasən məlumat yayıb.

Bildirilib ki, casus peykdən sınaq yayımı çərçivəsində fotolar əldə olunub.

Adı açıqlanmayan hərbçi, "son zamanlar ötürülən və redaktə edilən peyk fotoşəkillərinə baxanda, gözlənildiyi qədər yaxşı olduğu görünür" deyib.

O bildirib ki, fotolarda Pxenyanın mərkəzi və limanlarındakı gəmilər aydın görünür.

Hərbi mənbələr ilk fotoşəkillərin görüntü keyfiyyətinin daha da yüksəlməsinin və planlaşdırıldığı kimi peykin iyun və ya iyul aylarında tam kəşfiyyat missiyasına başlamasının gözlənildiyini açıqlayıblar.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur