Naxçıvan Muxtar ResQutb.azsının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəngərli rayonunun Yeni Kərki kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən QÜTB.AZ-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub, 1 nəfərin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.