29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Borşun orqanizm üçün inanılmaz faydaları varmış

26 yan 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Borş yalnız çox dadlı deyil, həm də insan sağlamlığına müsbət təsir göstərən kifayət qədər faydalı yeməkdir.

Publika.az xəbər verir ki, bu barədə biokimyaçı Lyudmila Polikarpova danışıb. Onun sözlərinə görə, borşda ətin uzun müddət bişirilməsi zamanı əldə edilən çoxlu miqdarda qida maddəsi var.

“Sümük bulyonunun dəyərini qiymətləndirmək lazımdır. Bişirmə zamanı bədənimiz üçün lazım olan qidalar sümükdən əldə olunur. Bişirmə prosesində çox miqdarda kollagen, jelatin, amin turşuları və zülallarla zəngin bulyon əldə edilir ki, bu da insanın birləşdirici, qığırdaq və sümük toxumalarına faydalı təsir göstərir. Bundan əlavə, müntəzəm borş yemək dırnaqların, saçların və dərinin vəziyyətini yaxşılaşdırır. Bu təsir bulyondakı jelatin sayəsində əldə edilir", - mütəxəssis deyib.

O, sonda qeyd edib ki, bulyon yalnız ətin tərkibində icazə verilən normadan artıq miqdarda antibiotik və ya heyvanlarda sürətli çəki artımını stimullaşdırmaq üçün təsərrüfatlarda istifadə olunan maddələr olduqda, zərərli ola bilər.

Aytən Məftun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur