Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı -Qəbələ avtomobil yolunda qəza baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.
"Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir. Faktla bağlı araşdırma aparılır", - rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, hadisə ilə bağlı yayılan məlumatlarda qəzaya düşən avtobusda çox sayda turistin yaralandığı iddia olunurdu.
Milli.Az