İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə İran Seçki Komissiyasının nümayəndəsi Məhəmməd İslami bildirib.
Onun sözlərinə görə, Seçki Komissiyası 86 iddiaçının müraciətinə baxıb, onlardan 22-si qeydə alınıb. Qeydiyyatdan keçənlərdən 21-i kişi, 1-i qadındır.
Qeydiyyat bu gün yerli vaxtla saat 18:00-da başa çatıb.