Şimali Atlantika Alyansı yeni silahlı münaqişənin başlanmasında maraqlı olduğu üçün Yaxın Şərqdə ofis açıb.
Publika.az xəbər verir ki, analitik Larri Conson bu barədə “Geopolitical Trends” YouTube kanalında danışarkən bildirib.
Onun sözlərinə görə, alyans Ukraynadakı missiyasını yerinə yetirə bilməyib:
"Bu səbəbdən də NATO fəth etmək üçün yeni düşmənlər axtarır".
Conson vurğulayıb ki, NATO öz gücünə arxalanaraq müharibələrə başlayacaq. Analitik əlavə edib ki, Yaxın Şərqdə ofis açmaq bu məqsədə xidmət edəcək.
Cəmilə