Aleksey Navalnının cəsədi anası Lyudmilaya verilib.
Publika.az xəbər verir ki, bunu Navalnının mətbuat katibi Kira Yarmış deyib.
“Navalnının cəsədi anasına verildi. Lyudmila İvanovna Salekhardda olarkən", - Kira Yarmış "X"də yazıb.
O, yaxın vaxtlarda dəfn mərasiminin olacağını qeyd edib.
Qeyd edək ki, Navalnı fevralın 17-də həbsxanada ölüb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Navalnının ölümünün səbəbləri ilə bağlı araşdırma hələ də davam edir.
Hüseyn İbadlı