28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Vəfa və Şəbnəm yenidən DALAŞDI: “Tülkü kimi...”

06 mar 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Vəfa Şərifova və Şəbnəm Tovuzlu (Əsədova) arasında qalmaqal yenidən alovlanıb.

Publika.az bizim.media-ya istinadla xəbər verir ki, tərəflər ayrı-ayrılıqda sosial şəbəkə hesablarında videolar paylaşaraq bir-birinin ünvanına sərt ittihamlar səsləndiriblər.

Vəfa bildirib ki, Şəbnəm onunla illərdir ki, heç bir mənası olmayan ədavət aparır:

“Bu qadın (Şəbnəm Tovuzlunu nəzərdə tutur – red.) məndən əl çəkmir. Mehribanlıq yaratsam da. Hər dəfə elə bir addım atır ki, öz aləmində məni pis çıxarsın. Amma sən 10 milyon insanın içində necə yalan danışa bilirsən və yalan danışdığın halda məni yalançı çıxarmaq istəyirsən? Anlamıram, mənimlə nəyin ədavətini aparırsan. İçində mənə qarşı bitməyən, tükənməyən bu kin nədir axı? Nəyə qarşı yaranıb? Bütün bunların səbəbi nədir? Yalan-yalan sözləri fanatlarına montaj edib paylaşanda nə olacaq ki? Bununla nə əldə edəcəksiniz, nə qazanacaqsınız? Bunları niyə edirsiniz?

Səbəbini tapa bilmirəm. Bəlkə də gündəmə gəlməkdir, bəlkə haqsız ola-ola haqlı bir vəziyyətə gəlməkdir. Nədir axı bunlar? Bilmirəm... Yaratdığın bu gündəm də bir-iki gün çəkəcək. Bunlardan ötrü düşmən olmağa dəyər? Bu qədər maska taxmağa, tülkü kimi cilddən-cildə girməyə dəyər? Bəsdirin! Bitirin bu söhbətləri!”

Şəbnəm isə Vəfaya cavab olaraq onların arasına nifaq salan qarşı tərəfin daha əvvəl polisə verdiyi Xırdalandan olan fanatının olduğunu bildirib:

“Səndən fərqli olaraq, ad çəkirəm. Sözüm sənədir, Vəfa. Özünü ağıllı sayırsan. Buradan səslənirəm, ay Elcan (aktyor və aparıcı Elcan Rəsulovu nəzərdə tutur – red.), ay Elcanın prodüserləri, siz nə vaxt mənə zəng etmisiniz? Mən o qədər başı xarabam? Amma düzsən də. Sən, Vəfa, deyirsən ki, guya ki, mənə zəng edib deyiblər. Amma mən deyirəm ki, heç kim mənə zəng etməyib.

Vəfa, mənim səndən qat-qat artıq milyonlarla izləyicim var. Burada 3 milyon 200 izləyicimin önündə deyirəm ki, mənə sənə görə nə Elcan, nə də ki onun prodüseri zəng edib. Mən efirdə düz danışmışam. Amma ola bilər ki, sənə yalan məlumat veriblər. Mənə Zenfira İbrahimovaya görə zəng ediblər. Anlayırsan məni, Vəfa? Sənlə bağlı mənə zəng etsəydilər, mən efirə qoşulmazdım. Yəni mənə aparıcı Zaur səninlə bağlı zəng etdi, dedim ki, nə badə... Vəfa, sənə buradan deyirəm, bir fanatın var, Xırdalandan “şpanka” balaca boy. Onu səhvlərinə görə polisə vermişdim. Yalvarmaqlarına görə günahından keçdim. Sənin və sənin fanatlarının başını qarışdıran elə məhz bu xırdalanlıdır.

Bundan əvvəl efirdə mənim haqqımda xoş olmayan sözlər danışmışdın deyə mən də sənə cavab vermişdim. O köhnə səsi sənə indi atıblar. O indi ola bilməz. Mənim fanatlarım sənin haqqında heç nə paylaşa bilməz. Bu gün də sözümü demişəm onlara.

Danışanda, “story” çəkəndə əvvəlcədən Elcana zəng et, araşdır gör, Şəbnəm nə danışıb. Bu gün efirdə olan danışıqları da gördün. Guya sən ağıllısan, səni efirdə mən yalançı çıxardım? Fakt sənə yalan deyiblər, sən də efirdə yalan danışmısan. Mən də hər şeyi açıqladım”.

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla münasibətdədir. Cütlüyün iki övladı var. İş adamının adı Vəfadan əvvəl Şəbnəmlə hallanıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur