Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bəzi erməni elitalarının mövqeyindən qaynaqlanan müəyyən narahatlıqlara baxmayaraq, onlar Ermənistanın siyasi rəhbərliyinin ağlabatan yanaşmasına ümid edirlər.
Publika.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib. “Gizlətməyəcəyəm ki, Ermənistan elitasında müəyyən hadisələr və hisslər narahatlıq doğurur, lakin biz Ermənistanın siyasi rəhbərliyinin siyasi ayıqlığına və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndirilməsinə ümid edirik. Vurğulamaq istərdim ki, Ermənistan bizim müttəfiqimiz olaraq qalır, bütün mövcud öhdəliklər qüvvədə qalır”, - baş katib deyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan 2021 və 2022-ci illərdə baş verən hadisələr zamanı Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini bəyan edib və İrəvan KTMT-də iştirakını dondurub.
Tural