Xəbər verdiyimiz kimi, dünən Zaqatalada 27 yaşlı oğlan intihar edib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Yeni Suvagil kəndində yaşadığı evin həyətindəki çardaqda özünü asan 1997-ci il təvəllüdlü Nurlan İmran oğlu Beydullayev subay olub.
Onun meyitini dünən saat 12 radələrində anası aşkar edib.
Yaxınlarının bildirdiyinə görə, 27 yaşlı Nurlan Rusiyada mövsümi işlə məşğul olurmuş və 2 ay əvvəl rayona qayıdıbmış. Onun hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
Həyatına qəsd edən gəncin fotosunu təqdim edirik:
Turqut Seyidov