Ermənistan Kirants-Açarkut yolunun yenidən qurulması prosesində partlayış işləri həyata keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsi Fondundan məlumat verilib.
“Yol tikintisi işləri ilə əlaqədar bu gün, iyunun 24-də saat 14:00 radələrində Kirants-Açarkut avtomobil yolunda partlayış işləri aparılacaq. Biz ictimaiyyəti narahat olmamağa çağırırıq”, - fondun bəyanatında deyilir.
Qeyd edək ki, Kirantsın girişindəki körpünün Azərbaycanın nəzarətinə keçməsindən sonra ermənilər yeni çəkilən bu yoldan istifadə etməli olacaqlar.
Tural