Xəbər verdiyimiz kimi, bu gün saat 04 radələrində Göyçay şəhərində 1998-ci il təvəllüdlü Feyzullayev Hüseyn Famil oğlu bıçaqlanaraq öldürülüb.
QÜTB.AZ-ın əldə etdiyi məlumata görə, hadisə mübahisə zəminində baş verib.
Qətldən bir qədər əvvəl Hüseynin 17 yaşlı oğlanla münaqişə etməsi və onu vurması bildirilib. Bundan sonra bıçaq götürən 2007-ci il təvəllüdlü oğlan geri qayıdaraq onu qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
26 yaşlı Hüseynin fotosunu təqdim edirik.
Turqut Seyidov