Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.
Qutb.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Belə ki, sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsi anidən çöküb.
Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov hadisə nəticəsində 2 nəfərin yüngül xəsarət aldığını bildirib.
Onun sözlərinə görə, hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Bina sakinləri təxliyə edilib.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sözlərinə görə, binada yaşayan 60 ailə təhlükəsiz yerə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri daha əvvəl "unikal" yayıb.