02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Terrorçular "dövlət" qurur: Türkiyə genişmiqyaslı əməliyyat keçirəcək?

01 iyn 2024 12:00
GÜNDƏM
ads

“Sərhəd təhlükəsizliyimizi təmin etdikdən sonra Suriyadan geri çəkilməyi düşünə bilərik”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, ​​PKK terror təşkilatının Suriya qolu olan PYD-nin qondarma seçkilərinin qarşısını alacaqlarını bildirib.

Nazir əməliyyatın həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı suala belə cavab verib: "Əməliyyat üçün heç bir hazırlıq yoxdur. Türkiyə Silahlı Qüvvələri onsuz da istənilən vaxt əməliyyat keçirir. 20-dən çox komando briqadamız var. Təmizlədikləri yerlərdə qalırlar”.

Gülər Suriyanın normallaşmasına dəstək verməyə hazır olduqlarını da bildirib: "Onları İŞİD-dən xilas edən bizik. Sərhədlərimizin təhlükəsizliyi tam təmin edildikdən sonra lazım gələrsə geri çəkilməyi də düşünə bilərik".

Y. Gülər Türkiyənin əvvəldən qondarma seçki fəaliyyətlərinin Suriyanın ərazi bütövlüyü baxımından qəbuledilməz olduğunu və bölgədə sülh və əmin-amanlığın qorunmasına mənfi təsir göstərəcəyini bəyan etdiyini bildirib: "Bundan söhbət gedə bilməz. Biz milli təhlükəsizliyimizə və qonşularımızın ərazi bütövlüyünə zidd olan heç bir işin bitməsinə icazə verməyəcəyik".

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur