01.09.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Goranboyda ağır qəza

01 sen 2025 05:00
HADİSƏ
ads
Advertisement

Goranboy rayonunda yol-nəqliyyat qəzasının baş verib.

 

Qutb.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə Balakürd kəndində qeydə alınıb. Qəza yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

 

Müəyyən olunub ki, “Mercedes” və VAZ 2107 markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.

 

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur