Tayvanda Pingtung bölgəsində qolf avadanlıqlarının istehsal edildiyi fabrikdə baş verən yanğını söndürməyə çalışan yanğınsöndürənlərin müdaxiləsi zamanı böyük partlayış baş verib.
Milli.Az news24.az-a istinadən xəbər verir ki, partlayışda 5 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb, 5 nəfərdən isə xəbər yoxdur.
Tayvan lideri Tsai İnq-ven həyatını itirənlərin ailələrinə başsağlığı verib və Pinqtunqa gedəcəyini açıqlayıb.
Milli.Az