Rusiyanın Başqırdıstan respulikasında 14 yaşlı yeniyetmənin ağzında elektron siqaret partlayıb.
Publika.az "TASS"a istinadən xəbər verir ki, nəticədə o, 7 dişini itirib və üst çənəsindən yara alıb.
Respublikanın səhiyyə naziri Ayrat Raxmatullin bildirib ki, oğlanın çənəsini bərpa etmək üçün bir neçə əməliyyat keçirilib. Həmçinin, yeniyetmə uzunmüddətli reabilitasiyadan keçib.
Nazir qeyd edib ki, həkimlərin səyi nəticəsində görünən xəsarət əlamətləri aradan qaldırılıb.