14.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Baydenin bəyanatı qəsdən edilmiş təxribatın etirafıdır - Zaxarova

14 yan 2025 05:00
GÜNDƏM
ads

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Co Baydenin Rusiya ilə nüvə münaqişəsinin riskləri barədə son açıqlamasını şərh edib.

QÜTB.AZ xəbər verir ki, Zaxarova bu barədə "Telegram" kanalında yazıb.

"Bayden başa düşdü ki, Ukrayna hakimiyyətini dəstəkləməklə dünyanı nüvə uçurumuna sürükləyir və münaqişəni qızışdırmağa davam edir. Baydenin bugünkü bəyanatı qəsdən edilmiş təxribatın etirafıdır. Bayden administrasiyası bunun dünyanı fəlakət həddinə çatdırdığını bilirdi, amma yenə də münaqişəni qızışdırdı”.

Zaxarova əlavə edib ki, Rusiyanı nüvə sabitliyini pozmaqda ittiham edənlərin hamısı özlərini saxta məlumatlar yayanlar kimi təqdim etməlidirlər.

Yanvarın 13-də ABŞ-ın hazırkı prezidenti Co Bayden xarici siyasətlə bağlı yekun çıxışında bildirib ki, Vaşinqtonun Kiyevə dəstəyi Rusiya ilə nüvə qarşıdurması riski yaradır. Bununla belə, o əlavə edib ki, 50-yə yaxın ölkəni Ukraynaya dəstək ətrafında birləşdirə bildiyi üçün üzərinə düşən vəzifəni yerinə yetirilmiş hesab edir.

Ləman

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur