Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan arasında dava düşüb.
Publika.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, L.Köçəryan baş nazirin təhlükəsizlik siyasətinin iflasa uğradığını iddia edib.
Keçmiş prezidentin oğlu N.Paşinyana “sən” deyərək müraciət edib.
Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.
N.Paşinyan L.Köçəryana daha diqqətli danışmağı tövsiyə edib.