İngiltərə Liqa Kubokunun üçüncü turunun “Uimbldon” – “Nyukasl” matçı təxirə salınıb.
QÜTB.AZ xəbər verir ki, buna səbəb “əjdahalar”a məxsus “Pluq Leyn” stadionununun su basması olub. Londonun cənubunda yağan güclü yağış meydançanın vəziyyətinə təsir edib.
Qarşılaşma çərşənbə axşamı baş tutmalı idi. Yeni tarix daha sonra elan olunacaq.
I feel like when AFC Wimbledon's stadium has developed a moat, that's a sign that you're going to need to postpone the match...@ToonMouthTyne | #NUFCpic.twitter.com/mcjr6vrHKd
— The Sportsman (@TheSportsman) September 23, 2024