Ölkə üzrə 1,1 milyon pensiyaçının 57%-i qadın, 43%-i kişidir.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, aylıq əsaslarla sosial müavinət alan 446 mindən çox şəxsin 51%-i kişi, 49%-i qadındır. Aylıq əsaslarla təqaüd alan 395 min nəfərdən çox şəxsin isə 68%-i kişi, 32%-i qadındır.