29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qlobal bazar qarışacaq: 3-cü dünya müharibəsinin işarələri verildi

22 iyl 2024 07:00
GÜNDƏM
ads

Türkiyənin maliyyə analitiki İslam Memiş bildirib ki, Yaxın Şərqdə müharibə davam edərsə, 3-cü dünya müharibəsi başlayacaq və bazarlar qarışacaq.

Publika.az xəbər verir ki, Beynəlxalq Kredit Dərəcələndirmə Təşkilatı “Moody's” Türkiyənin kredit proqnozunun "B3"dən "B1"ə yüksəldiyini bildirib. 11 ildən sonra 2 ballıq artım daxili bazarlar üçün müsbətdir. Xüsusilə birjada yüksəliş və TL-nin bahalaşması qaçılmazdır.

Ekspertin sözlərinə görə, daxili bazarlarda normal, xarici bazarlarda isə gərgin bir həftə gözlənilir:

“İsrail-Fələstin gərginliyi xarici bazarlara təsir edəcək. Yaxın Şərqdə işlər getdikcə pisləşir. İsrail regional müharibə istəyir. İsrailin planı davam edərsə, qlobal bazarlarda təlatüm yaranacaq. Digər tərəfdən, ABŞ prezidenti Co Baydenin namizədlikdən geri çəkilməsi qlobal bazarlarda yeni qiymətlərin yaranmasına səbəb ola bilər. Xaricdə həm siyasi, həm də geosiyasi qeyri-müəyyənliklər davam edir. Xüsusilə kriptovalyuta bazarında ticarət edənlər diqqətli olmalıdırlar”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur