25.04.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Qaydaları pozan şagirdlər yenidən imtahan verəcək? - Rəsmi CAVAB

25 apr 2025 13:00
GÜNDƏM
ads

Azərbaycanda 2025-ci il buraxılış imtahanları başa çatıb və nəticələr artıq açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2 və 9 mart tarixlərində keçirilən imtahanlarda 116 mindən çox şagirdin iştirakı nəzərdə tutulurdu. Onlardan 43 nəfəri maksimum nəticə – 300 bal toplayaraq imtahanın ən yüksək göstəricisini əldə edib. Eyni zamanda, 10 nəfər imtahan zamanı qaydaları pozduğuna görə prosesdən xaric edilib.

Həmçinin, üzrlü səbəbdən imtahanda iştirak edə bilməyənlər olub.

Qutb.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, şagird üzrlü səbəbdən buraxılış imtahanında iştirak edə bilməyəndə onun özü və ya bitirdiyi təhsil müəssisəsi tərəfindən Dövlət İmtahan Mərkəzinə məlumat verilməlidir. Həmin müraciətə əsasən müvafiq qərar qəbul olunur. Vaxtında müraciət olunursa, digər analoji imtahan günündə iştirak imkanlarına baxılır və ya tədris ilinin (adətən sentyabrda) əvvəlində keçirilən əlavə bir imtahanda iştirak etmək üçün şərait yaradılır.

Qeyd edilib ki, imtahan qaydalarını pozan və buna görə imtahandan xaric olunan şagirdlər üçün isə əlavə imtahan keçirilmir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur