Bakıda yolayrıcının keçilməsi qaydasını pozan sürücü qəza şəraiti yaradıb.
Publika.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə fevralın 23-də, paytaxtın Kövkəb Səfərəliyeva və Nizami küçələrinin kəsişməsində baş verib.
Belə ki, "Audi" markalı avtomobilin sürücüsü yolayrıcından sola dönən zaman qarşıdan gələn avtomobilə yol verməyib. Görüntünü qeydə alan sürücü peşəkarlıq göstərərək qəzadan son anda yayına bilib.
Qəza şəraiti yaradan avtomobilin sürücüsü isə heç nə olmamış kimi ərazidən uzaqlaşıb.