İranda "Çərşənbə Suri" günləri ilə əlaqədar təşkil edilən şənliklər faciə ilə nəticələnib.
Publika.az xəbər verir ki, "Tasnim" agentliyinin yaydığı məlumata görə, fevralın 20-dən martın 11-dək 338 nəfər yaralanıb, 8 nəfər ölüb.
Hazırda 11 nəfərin xəstəxananın reanimasiya şöbəsində olduğu bildirilib.
Qeyd edək ki, İranda Novruzla bağlı keçirilən şənliklər hər il onlarla insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olur.