ABŞ-ın sabiq Prezidenti Barak Obama ailəsinin baş aşpazı Tafari Kempbelin cəsədi tapılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparan polislər aşpazın Martas-Vinyard adasındakı gölməçədə boğulduğunu bildiriblər.
Qırx beş yaşlı aşpaz itkin sayılırdı.
Tafarinin ailənin sevimli üzvü olduğunu vurğulayan Mişel Obama bildirib ki, ailəsində onu şən, mehriban, gülərüz insan kimi sevirdilər.
Hadisə zamanı Barak Obama evdə olmayıb.
Milli.Az