Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilməli olan “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Azərbaycan Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat yerləşdiriləcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq" - deyə qurumdan bildirilib.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi "Braqa" ilə qarşılaşacaq. İlk görüş fevralın 15-də Portuqaliyada, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.
Heybət