Bakıda kafedə yanğın olub.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan kafenin mətbəx əşyaları 20 m² sahədə, 1 ədəd plastik qapı-pəncərə çərçivəsi və lambirdən ibarət tavan 80 m² sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.