29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Makronun biabırçı məğlubiyyəti: hakimiyyətini itirir?

12 iyn 2024 10:00
GÜNDƏM
ads
Advertisement

İyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər Fransa Prezidenti Emmanuel Makronun siyasi karyerasını ciddi təhlükə altında qoyub. Fransada keçirilən AP seçkilərində ifrat sağçı “Milli Ralli Partiyası” (RN) böyük fərqlə (31,50 %) birinci, Makronun partiyası “Renessans” isə 15,2 % səslə ikinci olub. Makron seçkilərdə ifrat sağçıların böyük fərqlə birinci yerə çıxmasından sonra parlamenti buraxıb və növbədənkənar ümumi seçkilər keçirmək qərarına gəlib. Makronun məğlubiyyəti onun həm daxildə, həm də xaricdə reytinqinin aşağı olması ilə əlaqələndirilir.

Ehtiyatda olan general Yücel Karauz Publika.az-a bildirib ki, Makronun partiyasının məğlub olması iqtisadi səbəblərlə yanaşı, həyata keçirdiyi yanlış siyasətlə bağlıdır:

“Digər məsələ isə xarici siyasətlə bağlıdır. Makron müxtəlif ölkələrdə münaqişələr yaratmağa çalışır. Buna Rusiya-Ukrayna müharibəsində onun Ukraynaya verdiyi qeyd-şərtsiz dəstəyi misal kimi göstərmək olar. Bir sözlə, sərgilənən mövqe olduqca yanlış idi. Bu, onun xarici siyasətindəki mövqeyini dəyişdi. Bütün bunlarla yanaşı Avropada artan etnik millətçilik fonunda Makron daha da zəiflədi”.

Generalın sözlərinə görə, Makron özünü Napoleon Bonapart kimi güclü bilirdi, amma tam əksi oldu:

“Makron hazırda ölkəsini idarə edə bilməyən bir liderə çevrilməklə üz-üzədir. Bu da onun üçün çox ciddi təhlükə deməkdir. Seçkidən əvvəl həyata keçirdiyi yanlış iqtisadi və sosial siyasətlərdən əl çəkərsə, bəlkə o zaman “kreslosunu” qoruya bilər. Əks halda Fransada Makron hakimiyyətinin sona çatdığını söyləmək olar. Bütün bunların fonunda Makron ölkədə elə vəziyyət yaradıb ki, Türkiyə və Azərbaycana qarşı nifrət günü-gündən artır. Bunun dəyişməsi üçün uzun müddət lazımdır. Hətta Makronun yerinə gələcək olan ifrat sağçı partiyalar da bu xətt üzrə gedirlər. Bu da gələcəklə bağlı yaxşı ümidlər vəd etmir”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur