03.09.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Abrahamın aclıq aksiyası keçirməsi xəbəri yalandır

02 sen 2025 20:00
GÜNDƏM
ads

Ermənistan mətbuatında 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum edilən, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın həbsxanada aclıq aksiyası keçirməsinə dair iddialar yayılıb.

 

Qutb.az-ın məlumatına görə, hazırda Azərbaycanda həbs həyatı yaşayan muzdlu terrorçunun aclıq aksiyası keçirməsi ilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil.

 

O, gündəlik həbxsana rejiminə uyğun olaraq cəzasını çəkir.

 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdi.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur