İsrailin Baş naziri Benyamin Netanyahunun sədrliyi ilə HƏMAS-ın təklif etdiyi atəşkəs və qarşılıqlı əsir mübadiləsini müzakirə etmək üçün hərbi kabinet toplanıb.
Publika.az xəbər verir ki, Netanyahu HƏMAS-ın atəşkəs təklifini rədd etdiyini və Qəzzanın cənubuna hücum əmri verdiyini açıqlasa da, İsrail mətbuatı müharibə kabinetinin atəşkəs və qarşılıqlı əsir mübadiləsi təklifini müzakirə etdiyini bildirib.
Digər tərəfdən, Kanal12-nin məlumatına görə, Təl-Əviv Qahirədə Misir, Qətər və HƏMAS rəsmilərinin iştirak edəcəyi məhbus mübadiləsi danışıqlarına nümayəndə göndərməyib.
Fələstinli qaynaqlar Qəzzada hər biri 45 gün davam edən üç mərhələli məhbus mübadiləsini və atəşkəsi nəzərdə tutan planı qəbul etdiklərini açıqlayıb.
Roza Şəfiyeva