Apple-ın yeni virtual reallıq eynəyi “Apple Vision Pro”dan istifadə edənlərin görüntüləri sosial mediada gündəm olub.
Publika.az xəbər verir ki, Apple həmin virtual reallıq eynəklərini ABŞ-da satışa çıxarıb. Sosial mediada paylaşılan maraqlı görüntülər arasında istifadəçilərin eynək taxıb qəribə hərəkətlər etməsi insanların diqqətini çəkib.
Bəzi sosial media istifadəçiləri texnologiyanın zirvə yaşadığını deyərkən, digərləri də insanları zombilərə çevirdiyini vurğulayır.
Eynəyin əsas modeli 256 GB yaddaşla 3499 dollar qiymət etiketi ilə satışa çıxarılıb. “Apple”in ABŞ bazarında satışa təqdim etdiyi eynəklərin dünya bazarına nə vaxt çıxarılacağı bəlli deyil.
Həmin görüntülərin təqdim edirik:
Roza Şəfiyeva