29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İngiltərədən Fələstinlə bağlı kritik bəyanat: Tanımağı...

31 yan 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ölkəsinin Fələstin dövlətinin tanınması məsələsini nəzərdən keçirəcəyini bəyan edib. Böyük Britaniyadakı Fələstin missiyasının rəhbəri, səfir Husam Zomlot da “X”dakı paylaşımında Kemeronun açıqlamalarına münasibət bildirib və bunun “tarixi addım” olduğunu deyib.

Publika.az xəbər verir ki, Kemeron Mühafizəkarlar Partiyasının Yaxın Şərq Şurasının dünən axşam paytaxt Londonda ərəb ölkələrinin səfirlərinin də qatıldığı qəbulda İsrail-Fələstin məsələsindən danışıb.

Yaxın Şərqdə sülhü təşviq etmək üçün Kemeron deyib ki, fələstinlilər iki dövlətli həll yolunda geridönməz irəliləyiş görmək üçün siyasi üfüqə malik olmalıdırlar:

“Bu baş verdikdən sonra biz müttəfiqlərimiz, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə Fələstin dövlətinin tanınması məsələsini müzakirə edəcəyik. Bu, prosesi dönməz hala gətirməyə kömək edəcək şeylərdən biri ola bilər", - Kemeron deyib. dedi.

Britaniyalı nazir həmçinin İsraili Qəzzaya daha çox humanitar yardımın göndərilməsinə icazə verməyə çağırıb və bildirib ki, həyati əhəmiyyətli yardımın sərhəddən geri göndərilməsi gülüncdür.

Nazir Kemeron son 30 ilin İsrailin vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmədiyi səbəbiylə "uğursuzluq hekayəsi" olduğunu, lakin bu uğursuzluğu qəbul etməklə sülh və tərəqqinin əldə edilə biləcəyini vurğulayıb.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur