Şəkidə çay evində ölüm hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Şəki şəhəri ərazisində fəaliyyət göstərən çay evlərindən birində baş verib. Şəhər sakini, 68 yaşlı Nəriman Ziya oğlu Muxtarov çay içən zaman qəflətən vəziyyəti pisləşib və elə orada keçinib.
İlkin müayinəyə əsasən, N. Muxtarovun ürək tutmasından vəfat etdiyi güman edilir.
Faktla bağlı araşdılrma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun